Naxçıvanlı idmançı qaçış yarışında qalib gəlib - FOTO
Naxçıvan idmançısı Əmrah Nağıyev “Zirvəyə doğru qaçış” yarışında mükafatçı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Qusar rayonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zirvəyə doğru qaçış” yarışı təşkil olunub. Yarışda 11 və 22 kilometr məsafələr üzrə mindən çox iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onların arasında xaricdən gələn idmançılar da olub.
11 kilometr məsafədə yarışan Naxçıvan təmsilçisi Əmrah Nağıyev finiş xəttini 40 dəqiqə 21 saniyəlik nəticə ilə keçərək ikinci yerə layiq görülüb. İdmançıya təşkilatçılar tərəfindən pul mükafatı, medal və plaket təqdim edilib.
Qeyd edək ki, yarış sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və milli birlik ideyalarının təşviqi məqsədilə keçirilib.










