Naxçıvan cüdoçularından daha biri liqa yarışında fərqlənib -

Naxçıvan cüdoçularından daha biri liqa yarışında fərqlənib - FOTO

25 May 2026

Bakı şəhərində cüdo üzrə U-17 və U14 yeniyetmələr arasında Liqa yarışları keçirilib. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışlarda Naxçıvan Muxtar Respublikasından 2 məşqçi və 9 idmançının iştirakı qeydə alınıb. Naxçıvan təmsilçilərindən ikisi mükafatçılar sırasına düşüb.

Xəbər verdiyimiz kimi 17 yaşadək qızların yarışında 40 kq çəki dərəcəsində çıxış edən Ləman Bağırova gümüş medal qazanmağa müvəffəq olub. Mayın 24-də keçirilən cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Liqa yarışının III turunda isə Yasəmən Əliyeva 57 kq çəkidə bürünc medal qazanıb. Hər iki idmançı Naxçıvan Uşaq-Gənclər və İdman Məktəbinin şagirdləridir.