Naxçıvan idmançısı ölkə birincisi olub - FOTO
Şamaxı Olimpiya Mərkəzində kadetlər arasında ölkə birinciliyinin final mərhələsi keçirilir. Yarışda 57 komandadan ümumilikdə 159 boksçu iştirak edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən dövlət dəstəyi ilə final mərhələsində Naxçıvandan baş məşqçi Elnur Kərimli və zona birinciliyinin qalibi olmuş iki idmançı təmsil olunublar.
Naxçıvanı təmsil edən idmançılardan biri mükafatçılar sırasına düşüb. Sadiq Xəlilov 54 kq çəki dərəcəsində keçirdiyi 3 görüşün hər birində qalib gəlməklə birinci yerə sahib çıxıb.









