Naxçıvanlı idmançı ölkə birinciliyində fərqlənib -

Naxçıvanlı idmançı ölkə birinciliyində fərqlənib - FOTO

30 May 2026

29-30 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2011-2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçirilib. Birincilik çərçivəsində 100, 200, 400, 800 və 1500 metr məsafələr üzrə qaçış, 4x100 metr estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışları keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda Naxçıvandan 1 məşqçi və 2 idmançı iştirak edib. Onlardan biri mükafatçılar sırasına düşüb.

Aysel Hüseynova 2011-2012-ci ol təvəllüdlü atletlər arasında 800 metr məsafəyə qaçış üzrə ikinci olub. Bu məsafədə 2:48.85 nəticə göstərən idmançı diplom və gümüş medal ilə mükafatlandırılıb.