Kənd təsərrüfatında kreditlərin faizləri dövlət tərəfindən ödəniləcək
Aqrar Subsidiya Şurası verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi ilə bağlı qərar qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu addım ölkə Prezidentinin 5 mart 2026-cı il tarixli fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq atılıb.
Belə ki, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verdikləri kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək.








