ADY: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanını bir neçə dəfə artıracaq
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Dünən Bakı–Tbilisi–Qars dəmir yolu xətti tam gücü ilə istifadəyə verilib, son dövrlərdə aparılan tikinti və təmir işlərindən sonra onun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu, hər birimizi sevindirən hadisədir və Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu daha da gücləndirir. Orta Dəhlizdən danışarkən Zəngəzur dəhlizini də xüsusi vurğulamaq istərdim. Çünki bu dəhliz ölkənin tranzit və yükötürmə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq mühüm bağlantıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycan üzərindən daşınan yüklərin həcminin bir neçə dəfə artmasına və Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da genişlənməsinə imkan verəcək", - deyə o qeyd edib.








