Naxçıvan Dövlət Milli Dram Teatrında “Pəri-cadu” tamaşasının hazırlıqlarına başlanılıb - FOTO
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2026-cı il repertuar planına uyğun olaraq görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə start verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Araz Xudiyevdir. Klassik Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindən olan səhnə əsəri müasir teatr estetikası əsasında hazırlanır.
Hazırda tamaşa üzərində intensiv məşqlər davam edir. “Pəri-cadu”nun ilk premyerasının 2026-cı ilin oktyabr ayının ilk həftəsində keçirilməsi nəzərdə tutulur.










