Rəşad İsmayılov Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov iyunun 11-də Naxçıvan şəhərində vətəndaş qəbulu keçirəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 10:00-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında baş tutacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmək üçün aşağıdakı əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunur. Vətəndaşlar qəbul zamanı şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər.
Əlaqə vasitələri:
036) 545-72-58 və 077 468 07 71
Qeyd edək ki, qəbul zamanı vətəndaşların ekologiya, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərinə baxılacaq.








