Sərsəng Su Anbarında ehtiyatın həcmi açıqlanıb

Sərsəng Su Anbarında ehtiyatın həcmi açıqlanıb

04 İyun 2026

Sərsəng Su Anbarında ehtiyatın həcmi 320 milyon kubmetrə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin idarəetməsinin sədr müavini İlham Quliyev jurnalistlər üçün təşkil olunmuş mediaturda bildirib.

Onun sözlərinə görə, su anbarının bəndinin hündürlüyü 125 metr, suyun maksimal dərinliyi isə 103 metrdir.

"Anbar Baltik dənizi səviyyəsindən 528 metr yüksəklikdə yerləşir. Hazırda anbara su yığılması prosesi davam edir", - deyə o qeyd edib.