Şagird yerdəyişməsi ilə bağlı sənədlərin təqdim olunma müddəti açıqlanıb
İyunun 5-i saat 15:00-a qədər yerdəyişmə üçün təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər məktəblərə təqdim edilməlidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə ölkə üzrə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib.








