Naxçıvanda şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti ilə bağlı tədbir keçirilib -

Naxçıvanda şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti ilə bağlı tədbir keçirilib - FOTO

04 İyun 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə  Naxçıvan şəhər İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri”  mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Naxçıvan şəhər İcra Hakimiyyəti aparatının Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri Qalib Abbasov açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Şəfəq Cəfərova, Naxçıvan Muxtar Respublikası Prokurorluğun əməkdaşı, kiçik ədliyyə müşaviri Jalə İbrahimova və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.