Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılacaq

Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılacaq

04 İyun 2026

Laçın və Kəlbəcərdə də arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar təşkil olunub:

"Qarabağda elmi mərkəz açılmalıdır. Bunun artıq vaxtıdır. Qarabağın bəzi ərazilərində tədqiqatlar aparılır, ancaq digər ərazilərə də ilk arxeoloji ekspedisiyalar təşkil olunmalıdır".