Elxan Nəcəfov Şahbuzda vətəndaş qəbulu keçirəcək
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov iyunun 11-də Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şahbuz rayon sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək 060-473-50-51 "WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.
Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-dan 13:00-dək Şahbuz Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.








