Prezident itkin şəhid İbrahim Vəlizadəni  3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif etdi

Prezident itkin şəhid İbrahim Vəlizadəni 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif etdi

25 İyun 2026

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra təltif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən şəhid leytenant Vəlizadə İbrahim Səməd oğlu 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. (Ölümündən sonra)