Naxçıvanlı gənc də dünyanın ən nüfuzlu universitetində təhsil alacaq -

Naxçıvanlı gənc də dünyanın ən nüfuzlu universitetində təhsil alacaq - FOTO

15 Avqust 2026

Naxçıvanlı gənc Sevinc Əliyeva dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Stanford Universitetində magistratura təhsili alacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda bildirilib. Sevinc Əliyeva ABŞ-ın Stanford Universitetində Biznes və idarəetmə ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunan gənclərimiz də var.

Elm və Təhsil Nazirliyi Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunan gənclərin ad-soyadlarını və hansı ixtisaslar üzrə təhsil alacaqlarını açıqlayıb.