Beş ayda neçə milyon manatlıq narkotik müsadirə edilib?

Beş ayda neçə milyon manatlıq narkotik müsadirə edilib?

22 İyun 2026

Bu ilin 5 ayı ərzində 111 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil edib.

Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.