Sədərəkdə sağlamlıq imkanları məhdud 97 uşaq qeydiyyatdadır - FOTO
Sədərək rayonunda keçirilən “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə bu barədə məlumat verilib.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar mövcuddur və onların 97 nəfəri Sədərək rayonunun payına düşür.
Qeyd olunub ki, həmin uşaqlardan 64-ü oğlan, 33-ü isə qızdır.
Tədbirdə həmçinin erkən nikahların və qohum evliliklərinin qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi, təhsildən kənarda qalan uşaqların yenidən təhsil sisteminə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Komitə tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif bölgələrdə mütəmadi görüşlərin təşkil olunduğu vurğulanıb.










