Naxçıvanı təmsil edən məktəblilər idman olimpiyasında uğurla irəliləyirlər -

Naxçıvanı təmsil edən məktəblilər idman olimpiyasında uğurla irəliləyirlər - FOTO

24 İyun 2026

Bakı şəhərində keçirilən məktəblilərin Respublika İdman Olimpiadasında mübarizə davam edir. Naxçıvan Muxtar Respublikası olimpiyadada 8 idman növündə 17 məşqçi-müəllim və 64 məktəbli ilə təmsil olunur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan təmsilçiləri olimpiyada çərçivəsində iştirak etdiyi yarışlarda 3 qızıl, 1 gümüş və 5 bürünc medal qazanmağa müvəffəq olublar.

Atletika yarışlarında Ümid Musayev topatma növündə, Uğur Məmmədli isə qaçaraq uzunluğa tullanma üzrə qızıl medala layiq görülüblər. Murad Babayev 600 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Ağırlıqqaldırmada Fəxrəddin Allahverdiyev (+71 kq) qızıl, Ümid Hüseynov (52 kiloqram) gümüş, Mikayıl Novruzov (71 kiloqram) isə bürünc medal qazanıblar. Cüdo yarışlarında Nihad İmanov (81 kq) bürünc, sərbəst güləşdə isə Şamxal Əlizadə (52 kq) və Ramal Bağırov (75 kq) bürünc medalçı olublar.