Rövnəq Abdullayev Naxçıvanda vətəndaşları qəbul edib - FOTO
İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan şəhərində regiondan olan vətəndaşlarla görüşüb.
Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.











