Şahbuzun 3 kəndində qaz təchizatı dayandırılıb
Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə ilə əlaqədar bu gün saat 17:15-dən etibarən rayonun Badamlı və Şada kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb.
Hazırda ərazidə təmir-bərpa işləri həyata keçirilir.








