Naxçıvanda iyun ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Naxçıvanda iyun ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

24 İyun 2026

İyun ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə iyun ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.