Həsən Seyidov Kəngərlidə vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov iyunun 25-də Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kəngərli rayon sakinləri Şərur Regional Mədəniyyət İdarəsinin Kəngərli Rayon Sektoruna müraciət etməklə və 548-00-33, 070-328-52-20 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Kəngərli Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.








