Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

20 İyun 2026

Cari ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 646 milyon 669 min 800 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 1368,2 manat olub.