Bu ilin beş ayı üzrə sığortaedənlərin sayı açıqlanıb
Cari ilin yanvar-may ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 37,5 min vahid artaraq 2,2 milyonu ötüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 5 min vahiddən, fiziki şəxslər üzrə 30 min vahiddən, torpaq mülkiyyətçiləri üzrə isə 2 min vahiddən çox artıb.








