Magistraturaya qəbul nəticələri: ən yüksək və ən zəif göstəricili universitetlər açıqlanıb

Magistraturaya qəbul nəticələri: ən yüksək və ən zəif göstəricili universitetlər açıqlanıb

20 İyun 2026

Magistraturaya qəbul imtahanının nəticələri əsasında məzunları ən yüksək və ən zəif nəticə göstərən təhsil müəssisələrinin adı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.

Hesabata əsasən, ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin, ən zəif nəticəni isə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları göstərib.