Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 113 layihə başa çatdırılıb

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 113 layihə başa çatdırılıb

19 İyun 2026

2026-cı ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 113 layihə icra olunub. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu layihələrdən 24-ü yeni yaradılma, 89-u isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 34-ü yaradılma və 59-u genişləndirmə olmaqla, ümumilikdə 93 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 100 layihənin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli dövlət maliyyə dəstəyi göstərilib.