Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 5,3% artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 20 lisenziya verilib. Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, cari ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 2665 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 59,4 min manat vəsait daxil olub.








