Şahin Mirzəyev Culfa sakinlərini qəbul edəcək

Şahin Mirzəyev Culfa sakinlərini qəbul edəcək

20 İyul 2026

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev Culfa rayon sakinləri ilə görüşəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaş qəbulu iyulun 23-ü saat 11:00-da Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşların qeydiyyatı iyulun 22-si  saat 11:00-dan etibarən həmin ünvanda aparılacaq.

Qəbul və qeydiyyatda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsi və müraciətlə bağlı digər zəruri sənədləri özləri ilə gətirmələri xahiş olunur.

Bildirilib ki, qəbul zamanı yalnız Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.