Ordubadda internetin verilişində müvəqqəti fasilələr yaranacaq

Ordubadda internetin verilişində müvəqqəti fasilələr yaranacaq

20 İyul 2026

İyulun 20-də Ordubad rayonu ərazisində internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqların quraşdırılması işləri aparılacaq.

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, gün ərzində rayonun bəzi yaşayış məntəqələrində internet və digər rabitə xidmətlərinin göstərilməsində müvəqqəti və qısamüddətli fasilələrin yaranması mümkündür.