Süleyman Neymətov Ordubadda vətəndaşları qəbul edəcək

Süleyman Neymətov Ordubadda vətəndaşları qəbul edəcək

25 İyun 2026

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən vətəndaş qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul  iyulun 7-si saat 10:00-da Ordubad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.

Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı qəbula yazılmaq üçün  iyulun 7-dək Ordubad Rayon Polis Şöbəsinə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Qeyd olunub ki, qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.