Naxçıvanda hərbi yürüş keçiriləcək

Naxçıvanda hərbi yürüş keçiriləcək

25 İyun 2026

Sabah iyunun 26-da saat 10:00-dan 12:00-dək Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş təşkil ediləcək.

Müdafiə Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.