İnformasiya və rabitə sektorunda orta maaş 14 % artıb

İnformasiya və rabitə sektorunda orta maaş 14 % artıb

20 İyun 2026

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 158,8 manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 931,7 manat, özəl sektorda isə 2 299,8 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 14 %, o cümlədən dövlət sektorunda 21 %, özəl sektorda isə 8,6 % artıb.

2026-cı il mart ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % azdır.