Türkiyədə iki zəlzələ olub
Türkiyədə Aralıq dənizində 4,7 və 5,3 bal gücündə iki zəlzələ baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) "X" hesabında paylaşılıb.
AFAD-ın məlumatına görə, zəlzələlər Aralıq dənizinin Muğla vilayəti sahilində 9,32 və 35,5 km dərinlikdə qeydə alınıb.








