Şərurda "REGES Usta Günləri" layihəsinə start verilib - FOTO
Peşəkarların inkişafı və təcrübə mübadiləsini hədəfləyən genişmiqyaslı "REGES Usta Günləri" layihəsinə rəsmi olaraq start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində ilk tədbir hazırda Şərur şəhərində keçirilir.
Layihənin məqsədi regional inkişafa dəstək vermək, yerli ustaların və sahə mütəxəssislərinin peşəkarlıq səviyyəsini artırmaq, həmçinin ən son texnoloji yenilikləri və müasir iş metodologiyalarını regionlara çatdırmaqdır.
Tədbir çərçivəsində iştirakçılar üçün təcrübə mübadiləsi və peşəkar inkişaf imkanları yaradılır.











