Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq festivalda çıxış edib -

Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq festivalda çıxış edib - FOTO

05 İyul 2026

Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Trabzon vilayətinin Akçaabat bələdiyyəsinin təşkil etdiyi "VI Açıq Hava Teatr Günləri" çərçivəsində uğurla çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival çərçivəsində teatr kollektivi yazıçı Balaxan Nəzərlinin "Gəmi batır" əsəri əsasında Əməkdar artist Səməd Canbaxşiyevin quruluş verdiyi eyniadlı tamaşanı nümayiş etdirib.

Tamaşada əsas rolları Səməd Canbaxşiyev və Ləman Vəliyeva ifa ediblər. Səhnə və musiqi tərtibatı da Səməd Canbaxşiyevə məxsusdur.

Qara dəniz sahilində, açıq havada qurulan səhnədə nümayiş etdirilən tamaşa Akçaabat sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb.