Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur

Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur

05 İyul 2026

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.