Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb
Bu ilin ilk yarısında dövlət qurumlarının 399 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 % və yaxud 2 dəfə azdır.
Təkcə iyunda isə 47 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 78 % və yaxud 4,5 dəfə azdır.
2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.








