Müdafiə Nazirliyindən hərbçilərlə bağlı xəbərdarlıq

Müdafiə Nazirliyindən hərbçilərlə bağlı xəbərdarlıq

04 İyul 2026

Müdafiə Nazirliyi hərbi qulluqçuların hərbi təhlükəsizliyinə dair çağırış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı vacib qaydalar nazirliyin Facebook hesabında paylaşılıb.

Yayımlanan videoçarxda bildirilib ki, hərbi intizamın qorunması, təhlükəsizliyin təmin olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin sabitliyi ümumi vətəndaş məsuliyyətidir.

Sözügedən qaydalardan birincisi olaraq qeyd edilən məsələ bəzi hərbi hissələrdə baş verən hadisələrin ailə üzvləri ilə telefon danışığı zamanı olmasıdır. Belə ki, aparılan son araşdırmalarda bunun hərbi qulluqçulara ötürülən neqativ məlumatlarla bağlı olduğu bildirilib. 

Daha ətraflı videoçarxda:

https://www.facebook.com/share/r/1EE7xFSQPC/