Şahbuzda yağışlı hava müşahidə olunub

Şahbuzda yağışlı hava müşahidə olunub

07 İyul 2026

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.