Naxçıvanda küləkli hava gözlənilir

Naxçıvanda küləkli hava gözlənilir

29 İyun 2026

İyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.