Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək

Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək

29 İyun 2026

ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb.

"İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.

O, həmçinin başqa bir paylaşımda WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.

"WTI markalı neft - 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!", - Tramp vurğulayıb.