İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

28 İyun 2026

İran ABŞ ilə 40 günlük müharibə zamanı daha müasir silahlar yaradıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü və briqada general general-mayoru Əkrəmi Niya açıqlayıb.

"Məsələn, müharibənin son günlərində yeni pilotsuz aparatlardan istifadə etdik və onları döyüş şəraitində tətbiq edə bildik", - o vurğulayıb.

Generalın sözlərinə görə, Silahlı Qüvvələr, ordu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səviyyəsində daha yüksək keyfiyyətə malik təkmilləşdirilmiş raketlərdən istifadə olunub:

"Bu onu göstərir ki, mövcud avadanlıqlardan istifadə olunmasına baxmayaraq, biz tədqiqat və inkişaf sahəsini də unutmamışıq".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bundan sonra sənədin bəndləri ilə bağlı İsveçrədə danışıqlar aparılsa da, Hörmüz boğazına nəzarət tam razılaşdırılmayıb, çünki razılaşmadan sonra tərəflər arasında iki dəfə toqquşma baş verib.