Keçən ildən bu günə 3 266 şəxsin xarici kvalifikasiyası tanınıb
Ötən ilin sentyabr ayının 15-dən bu ilin iyun ayının 13-nə kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5 607 müraciət daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı ötən ilin təhsil hesabatında bildirilib.
Müraciətlərdən 4 030-nun ekspertizası həyata keçirilib. 1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə (1400)
Rusiya (998)
Ukrayna (593)
Birləşmiş Krallıq (246)
Gürcüstan (148)
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İstanbul Universiteti (85)
Xarkov Milli Daxili İşlər Universiteti (72)
Kütahya Dumlupınar Universiteti (50)
Tbilisi Humanitar Tədris Universiteti (46)
Ukrayna Milli Mülki Müdafiə Universiteti (44)
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq (336)
İqtisadiyyat (250)
Maliyyə (247)
Biznesin idarə edilməsi (236)
Menecment (192)








