Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinə kadr təyinatları üzrə yeni səlahiyyət verildi

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinə kadr təyinatları üzrə yeni səlahiyyət verildi

29 İyun 2026

Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin kadr siyasəti ilə bağlı səlahiyyətləri genişləndirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fərmana əsasən, Səlahiyyətli Nümayəndə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabeliyində olmayan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verəcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının və tabeliyində olmayan publik hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə də Səlahiyyətli Nümayəndənin razılığı tələb olunacaq.

Yeni qaydalar 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.