Şəxsi sığorta üzrə sığorta ödənişi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsi sığorta üzrə sığorta ödənişi dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 928-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə








