Cərimə cəzasının məcburi qaydada icrası hansı formada həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cərimə cəzasının məcburi qaydada icrası hansı formada həyata keçirilir?
Cavab: Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








