Təhqir nə zaman cinayət məsuliyyəti yaradır? -

Təhqir nə zaman cinayət məsuliyyəti yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

17 İyul 2026

Sual: Təhqir nə zaman cinayət məsuliyyəti yaradır?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən:

Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur.

Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər.

Qanunvericilikdə təhqirə görə -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə  cəzaları nəzərdə tutulub.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov