Mediasiya nədir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mediasiya nədir və hansı hallarda tətbiq edilir?
Cavab: Mediasiya mübahisə tərəflərinin neytral və qərəzsiz mediatorun iştirakı ilə qarşılıqlı razılıq əsasında mübahisəni məhkəmədən kənar qaydada həll etməsinə imkan verən alternativ mübahisələrin həlli üsuludur.Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununa əsasən, mediasiyanın məqsədi tərəflərin qarşılıqlı məqbul razılığa gəlməsinə kömək etməkdir. Mediator mübahisə üzrə qərar qəbul etmir və tərəflərdən heç birinin mövqeyini müdafiə etmir. O, yalnız danışıqların aparılmasına və tərəflərin razılığa gəlməsinə şərait yaradır.Mediasiya nəticəsində tərəflər razılığa gələrsə, əldə olunmuş razılaşma yazılı şəkildə rəsmiləşdirilir. Razılıq əldə edilmədiyi halda isə tərəflər məhkəməyə müraciət etmək hüququnu saxlayırlar.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova








