Fəlsəfə doktoru elmi dərəcəsi alanların əksəriyyəti 36-50 yaş qrupunda olub

Fəlsəfə doktoru elmi dərəcəsi alanların əksəriyyəti 36-50 yaş qrupunda olub

20 İyul 2026

2026-cı ilin birinci yarısında fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıların yaş qrupları üzrə bölgüsü açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Bildirilib ki, hesabat dövründə ümumilikdə 295 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 91-i 35 yaşadək, 163-ü 36-50 yaş, 41-i isə 50 yaşdan yuxarı olub.

Statistikaya görə, fəlsəfə doktoru elmi dərəcəsi alanların sayına görə ilk yerdə filologiya elmləri qərarlaşıb. Bu sahə üzrə 35 yaşadək 14, 36-50 yaş arasında 43, 50 yaşdan yuxarı isə 4 nəfər olmaqla, ümumilikdə 61 nəfər elmi dərəcə alıb.

İqtisad elmləri üzrə 46 nəfər (18 nəfər 35 yaşadək, 25 nəfər 36-50 yaş, 3 nəfər 50 yaşdan yuxarı), texnika elmləri üzrə isə 31 nəfər (müvafiq olaraq 8, 14 və 9 nəfər) fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Biologiya elmləri üzrə 22, tibb elmləri üzrə 21, pedaqogika üzrə 24, kimya üzrə 17, tarix üzrə 10, hüquq elmləri üzrə 7, siyasi elmlər üzrə 10, sənətşünaslıq üzrə 7, fəlsəfə üzrə 4, milli təhlükəsizlik və hərbi elmlər üzrə 3, coğrafiya üzrə 3, aqrar elmlər üzrə 11, riyaziyyat üzrə 5, astronomiya üzrə 1, fizika üzrə 8, yer elmləri üzrə 1, psixologiya üzrə 1, sosiologiya üzrə isə 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bildirilib ki, fəlsəfə doktoru elmi dərəcəsi verilən iddiaçıların çoxu 36-50 yaş qrupuna aiddir. Bu yaş kateqoriyasında xüsusilə filologiya (43 nəfər), iqtisad (25 nəfər), tibb (16 nəfər) və texnika elmləri (14 nəfər) üstünlük təşkil edir.