İşsizlərin məşğulluğu üçün AI əsaslı xidmətlər yaradılacaq
İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması planlaşıdırlır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
Məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır.
Bildirilib ki, müvafiq sahə ilə bağlı təkliflər hazırlanmalıdır.








